MİLLİ AVİASİYA AKADEMİYASI Hava xəritələri
a) aeroloji diaqramlar; b) şaquli kəsiklər; Hər hansı ərazidə hava şəraitinin xarakteri və xüsusiyyətləri atmosfer cəbhələrinin vəziyyəti, barik sistemin növü ilə müəyyən olunur. Atmosfer proseslərinin təhlili və hava proqnozlarında müxtəlif vasitələrdən istifadə olunur: 1. Hava xəritələri: a) yerüstü; b) yüksəklik. 2. Diaqram və qrafiklər: a) aeroloji diaqramlar; b) şaquli kəsiklər; c) köməkçi nomoqramlar, qrafiklər.
Yer səthində aparılan meteoroloji müşahidələrin əsasında yerüstü sinoptik xəritələri tərtib olunur və onlar iki növ olurlar: - əsas sinoptik xəritələr; - dairəvi sonoptik xəritələr. Əsas sinoptik xəritələr 00°°, 06°°, 12°° və 18°° müşahidələrinin nəticələrinə görə tərtib edilirlər. Dairəvi xəritələr isə hər üç saatdan bir hazırlanır. Sinoptik xəritələr əsas müddət üçün tərtib edilməklə böyük əraziləri əhatə edir. Dairəvi xəritələr meteoroloji nöqteyi-nəzərdən əsas hava xəritələrinə nisbətən kiçik əraziləri əhatə edirlər. Atmosferin radiozond məlumatlarına əsasən yüksəklik xəritələri tərtib olunur. Yüksəklik xəritələrinə ilk növbədə barik topoqrafiya xəritələri aid edilir. Barik topoqrafiya xəritələri mütləq (MT) və nisbi (NT) omaqla iki yerə bölünürlər.
Yerüstü xəritə
Mütləq barik topoqrafiya xəritələri izobarik səthlərdə geopotensial hündürlüklər, temperatur, şeh nöqtəsinin çatışmazlığı və külək haqqında məlumatları əks etdirirlər. Hal-hazırda hava xidmətlərində MT850, MT700, MT500, AT400, MT300, MT200, MT100, MT50 xəritələrindən isifadə edilir. Qeyd edilən izobarik səthlərin yerləşdikləri hündürlüklər uyğun olaraq cədvəl 1-də göstərilmişdir. Mütləq topoqrafiya xəritələrində izobarik səthlərin dinamik hündürlüklərini ifadə etmək üçün geopotensiallardan istifadə olunur. Vahid hava kütləsi ilkin səviyyədən yuxarı izobarik səthlərə qalxması zamanı ağırlıq qüvvəsinə qarşı müəyyən iş (H=gz) görməlidir ki, bu iş cazibə qüvvəsinin potensialı və ya geopotensial adlanır.
Geopotensiallar dinamik yüksəkliyi ifadə edirlər Geopotensiallar dinamik yüksəkliyi ifadə edirlər. Geopotensialı ölçmək üçün geopotensial dekametr (gp. dkm) anlayışından istifadə olunur və əksər hallarda aşağıdakı düsturla hesablanır: Hər-hansı izobarik səthin ondan aşağıda yerləşmiş səthə nisbətən topoqrafiya xəritəsinə nisbi topoqrafiya xəritəsi deyilir və iki səth arasında qalan qatın proyeksiyasının qalınlığını ifadə edir. Eyni zamanda nisbi topoqrafiya xəritəsi p1və p2 izobarik səthləri arasında qalan təbəqənin orta temperaturunun paylanması sahəsini xarakterizə edir. Operativ işdə adətən xəritəsindən istifadə olunur.
Əsas izobarik səthlər və onların hündürlükləri Cədvəl 1 Əsas izobarik səthlər və onların hündürlükləri Əsas izobarik səthlərdə təzyiq, hPa Orta yüksəklik, km 1000 500 5.5 950 1.0 400 7.0 900 1.2 300 9.0 850 1.5 200 11.8 800 2.0 100 16.0 700 3.0 50 20.6 600 4.0 30 24.0
Aeroloji diaqramlar ayrı-ayrı məntəqələrdə atmosferin zondlama məlumatlarının təhlili məqsədilə qurulur. Aeroloji diaqramlar hündürlükdən asılı olaraq təzyiq, havanın temperaturu, nisbi rütubətlik, küləyin xüsusiyyətlərinin dəyişməsini təhlil etməyə imkan verir. Atmosferin şaquli fəza kəsikləri eyni bir zaman anı üçün təqribən bir düz xətt üzərində yerləşən bir neçə məntəqənin radiozond məlumatlarına əsasən qurulmuş qrafiklərdir. Qeyd olunanlarla yanaşı sinoptik şəraitin təhlilində maksimal külək xəritələri, tropopauza xəritələribuludluq sahələrinin xəritələrindən də istifadə olunur.
Yerüstü hava xəritələrinin təhlili Yerüstü hava xəritələrinin işlənməsi aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1. İzobarların çəkilməsi, alçaq və yüksək təzyiq sahələrinin mərkəzlərinin aşkar edilməsi; 2. Barik tendensiya izoxətlərinin (izotendensiyaların) çəkilməsi; 3.Yağıntı və digər atmosfer hadisələrinin xüsusi rənglərlə ayrılması; 4. Cəbhə xətlərinin çəkilməsi; 5. Siklon və antisiklonların mərkəzlərinin əvvəlki vəziyyətlərinə görə yerdəyişməsinin təyini.
İzobarlar qara qələmlə bütöv xətlərlə əsas hava xəritələrində 5 hPa, dairəvi xəritələrdə isə 2,5 hPa-dan bir keçirilir. İzobarlar keçirilərkən qonşu məntəqələrdə atmosfer təzyiqinin qiymətləri interpolyasiya edilir və bu zaman məntəqələrdə küləyin sürət və istiqaməti nəzərə alınır. Bütün izobarların başlanğıc və son uclarında tam hektopaskallarla təzyiqin qiyməti qeyd olunur, qapalə izobarlarda isə onların birləşdiyi yerlərdə yazılır. Alçaq təzyiq sahələrinin mərkəzlərində qara qələmlə A, yüksək təzyiq sahələrinin mərkəzlərində isə Y hərfi qeyd edilir. Dağlıq rayonlarda bəzən dağ silsilələri boyunca izobarların kəskin sıxlaşması müşahidə olunur ki, bu da küləyin həqiqi sürətinə uyğun gəlmir. Belə hallarda dağ silsilələri boyunca dalğalı xətlərlə oroqrafik izobarlar çəkilir.
İzotendensiyalar qara qələmlə nazik qırıq-qırıq xətlərlə 1 hPa-dan bir çəkilir. 0 hPa izotendensiyası böyük sahələrdə təzyiqin zəif dəyişmələrində çəkilir. Təzyiqin güclü dəyişməsi halında izotendensiyalar 2hPa-dan bir çəkilir. Təzyiqin azalma sahələrinin mərkəzindı qırmızı qələmlə A (azalma) hərfi, təzyiqin artma sahələrinin mərkəzlərində Y (artma) hərfi qedy edilir. Aramsız yağıntı sahələri yaşıl rəngli qələmlə, duman və çən sahələri sarı rəngli qələmlə fərqləndirilir. Digər atmosfer hadisələri müvafiq şərti işarələrvə rənglərlə qeyd olunurlar. Göy rənglə soyuq atmosfer cəbhələri, qırmızı rənglə isti cəbhələr, bənövşəyi rənglə isə okklyuziya cəbhələri fərqləndirilir. Bütün deyilənlər yerüstü hava xəəritəsinin bir nümunəsi kimi aşağıdakı şəkildə verilmişdir.
Şəkil 3. Yerüstü hava xəritələrinin təhlili
Barik topoqrafiya xəritələrinin təhlili Mütləq topoqrafiya xəritələrinin təhlili. Bu zaman Əməliyyatlar aşağıdakı ardıcıllıqla həyata keçirilir: 1. İzohipslərin çəkilməsi – hər 4 gp.dkm-dən bir çəkilir. 2. Yerüstü xəritəyə əsasən yüksəklidə siklon və antisiklonların mövqeyi qeyd edilir. 3. İzotermlər MT850 və MT700xəritələrində qırmızı qələmlə bütöv xətlərlə hər 2°C-dən bir çəkilir. 0°izotermi qırıq-qırıq xətlərlə qeyd edilir.İsti adveksiyası sahələrinin mərkəzlərində qırmıızı qələmlə İ hərfi (isti), soyuq adveksiyası sahələrinin mərkəzlərində göy qələmlə S hərfi (soyuq) yazılır. 4. Calnız AT850 xəritələrində cəbhə xətləri qeyd edilir. Cəbhə xətlərini izotermlərdən fərqləndirmək üçün onları qara qələmlə müvafiq şərti işarələri ilə qeyd edirlər.
Cəbhə xəttinin keçirilməsi üçün əsas əlamətlər aşağıdakılardır: - Əksər hallarda cəbhə xətti təzyiq çökəkliyi boyunca keçir. - Cəbhə xətti boyunca küləyin konvergensiyası müşahidə olunur. - Cəbhə xəttindən keçərkən havanın temperaturunun sıçrayışları (3-5°C, bəzən isə 10°C) müşahidə olunur. - Barik tendensiya adətən cəbhənin hər iki tərəfində fərqlənir. İsti cəbhə qarşısında, adətən, təzyiqin enmə sahəsi, soyuq cəbhə arxasında təzyiqin qalxma sahəsi, okklyuziya cəbhəsi qarşısında təzyiqin düşmə sahəsi, arxasında isə təzyiqin artma sahəsi müşahidə olunur.
5. MT850 və MT700 xəritələrində izallohipslər, yəni son 12 və ya 24 saat ərzində geopotensial hündürlüklərin eyni dəyişmələrə malik nöqtələrini birləşdirən xətlər hər 4 gp. dkm-dən bir qara qələmlə qırıq-qırıq keçirilir. 6. Bütün izobarik səviyyələrdə rütubətli ərazilər (şeh nöqtəsinin çatışmazlığı 0-2° olan ərazilər) yaşıl rənglə ştrixlənir.
MT850 xəritəsinin təhlili
MT700 xəritəsinin təhlili
MT500 xəritəsinin təhlili
Nisbi topoqrafiya xəritələrinin təhlili 1. Qara qələmlə hər 4 gp.dkm-dən bir izohipslər keçirilir. -in ən kiçik qiymətlərinə malik qapalı izohipslərin içərisində soyuq sahəsi qara qələmlə qeyd edilir, eynilə isti sahəsi -in ən böyük qiymətinə malik qapalı izohipslər daxilində qeyd edilir. 2. İzallotermlər, daha dəqiq nisbi hündürlüklərin izallohipsləri hər 4 gp.dkm, yəni 2°C-dən bir (son 12 və ya 24 saat ərzində dəyişməsini xarakterizə edən izoxətt) keçirilir. Temperaturun qalxma sahəsinin mərkəzində indeksində temperaturun maksimal qalxması göstərilməklə İ (isti), temperaturun azalma sahəsində isə indeksi göstərilməklə S (soyuq) qeyd edilir. 3. Yerüstü xəritədən cəbhə xətləri köçürülür.
Nisbi topoqrafiya xəritəsinin təhlili (500/1000 hPa)
Qeyd edilən əsas sinoptik xəritələrdən başqa, praktikada köməkçi hava xəritələrindən də istifadə edilir. Onlara misal olaraq maksimal külək xəritələrini, tropopauza xəritələrini qeyd etmək olar. Maksimal külək xəritələri müxtəlif hündürlüklərdə güclü küləklər haqqında köməkçi xəritələrdir. Bu xəritələrin təhlili zamanı – 1) 30 m/s izotaxı ilə haşiyələnmiş maksimal külək sahəsi ştrixlənir(yaşıl qələmlə); 2) şırnaq axınının oxu qeyd olunur; 3) maksimal külək sahəsinin mərkəzi qırmızı rənglə ştrixlənir və ştrixlənmiş sahənin daxilində maksimal küləyin qiyməti və çırnaq axınının hündürlüyü qeyd olunur; 4) yerüstü xəritələrdə əsas barik sistemlərin mərkəzləri bu xəritəyə köçürülür.
Tropopauza xəritələri vasitəsilə hər bir məntəqədə tropopauza səviyyəsinin hündürlüyü, həmin səviyyədə külək (istiqaməti və sürəti), havanın temperaturu, şeh nöqtəsinin çatışmazlığı verilir.
Tropopauza səviyyəsinin təhlili üçün barik topoqrafiya xəritəsi
Hava proqnozları tərtib edilərkən barik sahələrin mərkəzlərinin gələcək vəziyyəti, onlarla əlaqədar olan gözlənilən atmosfer hadisələrininproqnozu baxımından 24 və 36 saatlıq proqnoz xəritələrinin təhlili də xüsusi praktiki əhəmiyyət kəsb edir. Bütün qeyd edilən xəritələrdən başqa aviasiya hava xidməti idarələrində müxtəlif eşelonlar üçün təhlükəli atmosfer hadisələri, temperatur və külək haqqında proqnostik xəritələr də praktiki baxımdan çox faydalıdır.
Aşağı eşelonlar üçün (100-450 FL) təhlükəli atmosfer hadisələri xəritəsi
Aşağı eşelon üçün (180FL) proqnostik temperatur və külək xəritəsi
Aeroloji diaqramlar və atmosferin şaquli fəza kəsimlərinin qurulması
Meteoroloji bölmələrdə müxtəlif hava xəritələri ilə bərabər aeroloji müşahidələrin nəticələrinə görə xüsusi qrafiklər, blanklar tərtib olunur ki, bunlara aeroloji diaqramlar deyilir. Bu diaqramlar atmosferin, əsasən də onun aşağı qatı olan troposferin vəziyyətini təhlil etmək üçün ən mühüm vasitələrdəndir.
Aeroloji diaqramlar bir-birindən əsas və köməkçi şkalalar, atmosferin müxtəlif xüsusiyyətlərini səciyyələndirən izoxətlərə görə fərqlənirlər. Aşağıdakı aeroloji diaqramlar mövcuddur: 1. Refstal emaqramları (x=T; y=-R ln p); 2. Şou tefiqramları (x=T;y=φ); 3. Revstal aeroqramları (x=ln T; y=-RT ln p); 4. Rosbiqramlar (x=s; y=θ); 5. Layxtman zondoqramları (x=ln T; y=Tφ). Burada, T – temperatur, P – təzyiq, - entropiya, S – qarışığın xüsusi rütubətliyə görə nisbəti, θ – potensial temperatur, R – universal qaz sabitidir.
Keçmiş SSRİ-də aeroloji diaqramlar ÜMT-nın təklifi ilə 3 formada hazırlanırdı. Bu zaman hər 3 forma (x=T; y=p0,286) koordinatları ilə müəyyənləşdirilir. Bu blanklardan ikisi çəpbucaqlı koordinat sistemində atmosferin zondlama məlumatlarının 1050-100 hPa təbəqəsində təhlili üçün nəzərə tutulur. Onlardan biri temperaturun 40°C-dən (-20°C)-dək diapazonunu əhatəetməklə ilin isti fəsli üçün (ADÇİ), digəri isə temperaturun 10°C-dən (-55)°C-dək diapazonunu əhatə etməklə ilin soyuq dövrü (ADÇS) üçün nəzərdə tutulmuşdur. Üçüncü blank düzbucaqlı təzyiq-temperatur koordinat sistemində (P-T) tərtib olunmuşdur. Bu blank atmosferin 1050-10 hPa təbəqəsində temperatur-külək zondlamasının məlumatlarını təhlil etmək üçün nəzərdə tutulmuşdur.
Aeroloji diaqram blanklarında aşağıdakı izoxətlər qeyd olunmuşdur: izotermlər – izobarlara 50° bucaq altında sağ tərəfə meyl ilə çəkilmiş qəhvəyi xətlər; izoqramlar (qarışığın nisbəti əyriləri) – izobarlara nisbətən sol tərəfə meylliklə çəkilmiş yaşıl xətlər; quru adiabatlar (eyni potensial temperatura malik xətlər) - sol tərəfə meyilliklə çəkilmiş qəhvəyi tam xətlər; rütubətli adiabatlar (daimi potensial emperatur əyriləri) – yaşıl qırıq-qırıq xətlər.
Aeroloji diaqram blanklarında atmosferin zondlama məlumatlarına əsasən aşağıdakı əməliyyatlar həyata keçirilir: 1. İnversiya təbəqələri sarı qələmlə fərqləndirilir. İnversiya təbəqəsinin üzərində təbəqənin ∆h qalınlığı metrlə, temperatur artımının qiyməti ∆T və inversiyanın tipi qeyd edilir. 2. Tropopauzanın sərhəddi qəhvəyi qələmlə, hündürlüyu göstərilməklə və müvafiq hündürlüklərdə havanın temperaturu qeyd edilir. Temperaturun 0, -10 və -20°C qiymətlər aldığı hündürlüklər qırmızı qələmlə qeyd olunur. 3. Vizual müşahidələrə əsasən bulud təbəqələri (forması göstərilməklə), yağıntı sahələri (növü göstərilməklə), buzbağlama sahəsi ψ, sirkələnmə sahəsi müvafiq şərti işarə ilə qeyd olunur.
Şəkil . Aeroloji diaqram